Fransa səfiri Rusiya XİN-ə çağırılıb

post-img

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Fransanın Moskvadakı səfiri Pyer Levi XİN-ə çağırıb. Rusiya XİN-in məlumatına əsasən, Fransa səfirinin XİN-ə çağırılmasına səbəb Yeni Dehlidə keçirilən G20 sammitində Fransa Prezidenti Emmanuel Makron tərəfindən “RİA Novosti”nin müxbirinə və “Russia-News”un baş redaktoruna mətbuat konfransına girişi kobud şəkildə qadağan etməsi olub. 

XQ RF KİV-ə istinadən xəbər verir ki, Rusiya bunu ayrı-seçkilik və açıq şəkildə rusofob hərəkətlər adlandırır.

XİN-dən bildirilib ki, Rusiya tərəfi Parisin mətbuat azadlığının fundamental prinsipini açıq-aşkar pozan və onun nümayəndələrinin öz işini görməsinə mane olan qeyri-dost əməllərinə prinsipial qiymət verib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya