Bolqarıstana mina quraşdırılmış PUA düşüb

post-img

Bolqarıstanın Qara dəniz sahilində yerləşən Tyulenovo kəndi yaxınlığında pilotsuz uçuş aparatı (PUA) tapılıb. PUA-nın üzərinə 82 mm-lik mina quraşdırılıb. Məlumatı Bolqarıstanın Milli Radiosu verib.

PUA-nın düşdüyü Tyulenovo kəndi yaxınlığındakı insanlar təxliyə edilib.

Ərazinin hazırda nəzarətdə olduğu bildirilir. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya