Lavrov: ABŞ Ukrayna müharibəsini idarə edir

post-img

ABŞ Ukrayna münaqişəsini idarə edir, bu ölkəyə silah, mərmi, kəşfiyyat məlumatları ötürür və Rusiyanın əleyhinə müharibə aparır. Bu barədə RF XİN başçısı Sergey Lavrov bəyan edib. Məlumatı “Anadolu” verib.

Diplomatın sözlərinə görə, Vaşinqton uzun müddət Ukraynanı hazırlayıb ki, onun köməyi ilə Rusiyaya strateji zərbə vursun. 

Lavrov deyib: “Onlar boyunlarına almasalar da, bu müharibəni idarə edirlər, onlar silah, mərmi, kəşfiyyat məlumatları, peykdən məlumatlar göndərirlər, onlar bizə qarşı müharibə aparırlar”. 

XQ

Dünya