Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu gün Nyu-Yorkda almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb. Məlumatı “Anadolu” verib.
BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak üçün Nyu-Yorkda olan Fidan intensiv diplomatik təmaslara başlayıb. Türkiyə XİN-in məlumatına görə, Fidanın BMT Baş Assambleyası çərçivəsində Berbokla görüşü Türk Evində baş tutub.
Məlumatda deyilir ki, görüşdə bir sıra məsələlər, o cümlədən, Türkiyənin Avropa İttifaqına üzvlüyü, Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması prosesi, Kipr məsələsində son hadisələr, Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya qəbulu, iqlim dəyişikliyi kimi məsələlər müzakirə olunub.
Paşa ƏMİRCANOV
XQ