Aİ İrana qarşı sanksiyaları genişləndirib

post-img

Son vaxtlar İranda insan haqlarının pozulmasına dair faktların artması ilə əlaqədar Avropa İttifaqı (Aİ) bu ölkəyə qarşı sanksiyaları genişləndirib. Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan məqalədə yazılıb

Məqalədə qeyd olunub ki, İranın 6 təşkilatı və 4 fiziki şəxsi sanksiya siyahısına daxil edilib. Əsasən də bu ölkənin müxtəlif bölgələrindəki həbsxanalara, eləcə də İranın təhlükəsizlik qüvvələrinin yüksək rütbəli nümayəndələrinə qarşı sanksiya qüvvəyə minib.

Qeyd edək ki, Aİ, Böyük Britaniya, ABŞ, eləcə də bir sıra digər ölkələr əvvəllər dəfələrlə İranı insan hüquqlarını pozmaqda ittiham edib və bu ittihamlarla əlaqədar ölkəyə qarşı sanksiyalar tətbiq olunub.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Dünya