Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayırlar

post-img

Bu gün Azərbaycanın 4 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"XQ" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqla üz-üzə gələcək.

70 kiloqramda yarışan Maqomed-Başir Xaniyev eyni mərhələdə Qazaxıstandan olan Sanjar Dojanovla qarşılaşacaq.

86 kiloqram çəkidə mübarizə aparan idmançımız Abubakr Abakarov onaltıdabir finalda kanadalı Aleksandr Mur, 125 kiloqram çəki dərəcəsində Georgi Meşvildişvili isə bolqarıstanlı İslam Adizovla güləşəcək.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

 

Elçin ABBASOV,

XQ

İdman