Ərdoğan: Liviyalı qardaşlara hər cür kömək göstəririk

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi daşqınlarla bağlı yaranmış çətin durumda Liviya xalqına hər cür kömək göstərməkdə davam edir. Bu barədə o, İstanbulda bildirib. Məlumatı “Anadolu” verib. 

Ərdoğan qeyd edib ki, rəsmi məlumatlara görə, Liviyada daşqınlar nəticədə 12 min insan həlak olub. 

Prezidentin sözlərinə görə, faciədən dərhal sonra AFAD-a, Türkiyə Qızıl Ay Cəmiyyətinə, Silahlı Qüvvələrə və digər strukturlara liviyalı qardaşlara kömək üçün lazımi göstərişlərini verib. Artıq Liviyaya təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 3 təyyarə və 3 gəmi göndərilib. 

Qeyd edək ki, Liviyanın Ankaradakı səfiri Mustafa əl-Küleyb Türkiyə hökuməti və xalqına göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

Paşa ƏMİRCANOV

XQ 

Dünya