G-20 sammitinin sonuncu günü Hindistanın baş naziri təşkilata sədrliyi Braziliya Prezidenti Luis Lula de Silvaya təhvil verib. Beləliklə, G-20-yə sədrlik Braziliyaya keçib. Məlumatı “Anadolu” verib.
Məlumata görə, Braziliya sədrliyi dekabrın 1-də qəbul edəcək və 2025-ci ildə CAR-a təhvil verəcək.
2024-cü ildə sədrliyi dövründə Braziliya yoxsulluq, dayanıqlı inkişaf, Beynəlxalq Valyuta Fondunda islahatlar və BMT TŞ-nin qlobal institutları ilə bağlı məsələlərə diqqət yetirəcək.
Prezident Ərdoğan da “Böyük İyirmilik”in yekun sammitində iştirak edib və tədbirə yüksək qiymət verib. ABŞ Prezidenti Co Bayden də X sosial şəbəkəsində sammitin işini dəyərləndirib.
Paşa ƏMİRCANOV,
XQ

