Suriya ABŞ-dan təzminat tələb edir

post-img

Suriya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, ölkə ABŞ-dan təzminat istəyir. Buna səbəb ABŞ və onunla əlaqəli terror qrupları tərəfindən Suriyanın neft ehtiyatlarının davamlı şəkildə oğurlanmasıdır. Məlumatı TASS verib. 

Bu barədə BMT Təhlükəsizlik Şurasına da müraciət göndərilib: “Dəməşq ABŞ-ın Suriya ərazisində qeyri-qanuni hərbi mövcudluğuna son qoymağı, ABŞ administrasiyasını neft və qaz sektoruna dəyən ziyana görə cavabdehlik daşımağı və onu oğurlanmış neft ehtiyatlarına görə təzminat ödəməyə məcbur etməyi tələb edir”.

Suriya Xarici İşlər Nazirliyi ABŞ-ın cinayət əməlləri nəticəsində respublikanın neft sektorunda birbaşa itkilərin 27,5 milyard dollar dəyərində qiymətləndirilməsi məlumatını da yayıb.

Bundan əvvəl SANA agentliyi xəbər vermişdi ki, ABŞ-ın işğalçı qüvvələri İraq ərazisinə Suriya neftinin yeni böyük partiyasını daşıyıb. Agentliyin məlumatına görə, 90 neft tankerindən ibarət karvan təhlükəsizlik tədbirləri altında El-Mahmudiya keçid məntəqəsindən qonşu ölkəyə doğru irəliləyib.

Rizvan FİKRƏTOĞLU,
XQ

Dünya