Sirli-soraqlı kainat

post-img

Uran planeti Yerdən adi gözlə görünür. 

Xüsusi avadanlıqların köməyi ilə kosmik cisimlərin yaratdığı səslər eşidilir.

Çəkisizlik vəziyyətində alov bir anda bütün istiqamətlərə yayılır. 

Bəzi bakteriyalar çəkisizlik vəziyyətində Yerdəkindən daha artıq çoxalır. 

Astronomlar digər ulduz sistemlərində yerləşən 2 minə yaxın ­ekzoplanet aşkar ediblər.

Təkcə bizim qalaktikada hər il qırxa yaxın yeni ulduz peyda olur.

Merkuri planetində gün bir ildən 2 dəfə uzundur. O, öz oxu ətrafında çox yavaş fırlanır, Merkurinin Günəş ətrafında bir dəfə dövr etməsi isə 88 gün çəkir.

Yerin çəkisi, təxminən, 600 trilyon tondur. Ay Yerdən 80 dəfə yüngüldür. …Hər sutka Yerə, təxminən, 200 min meteorit düşür. Yerə hər gün 27 tona yaxın, il ərzində isə 10 min tondan artıq kosmik toz düşür. 

Son 500 il ərzində Yerin çəkisi kosmik maddələrin hesabına bir milyard ton artıb. 

Əgər Yer öz oxu ətrafında əksinə dövr etsəydi, o zaman ildə 2 sutka az olardı.

Ayın ilk xəritəsini 1609-cu ildə Tomas Harriton hazırlayıb. Ayda ən yüksək temperatur 117 dərəcə Selsidir.

Aydakı ən yüksək dağın hündürlüyü 11 min 500 metr təşkil edir.

Dünya