Ərdoğan: Rusiya ilə ticarət dövriyyəmiz 100 milyard dollara çatacaq

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə ölkəsi arasında ticarət dövriyyəsinin yaxın vaxtlarda 100 milyard dollara çatacağına ümid edir. Bu barədə o, bu gün Soçidə Rusiya Prezidenti Vlasdimir Putinlə görüşdə bəyan edib. Məlumatı “XQ” “İzvestiya.ru”ya istinadən verir. 

Ərdoğan deyib ki, hazırda Moskva və Ankara “öz münasibətlərində tamam başqa mərhələ” yaşayır: “Biz çox şadıq ki, ticarət dövriyyəmiz hazırda 62 milyard dollar təşkil edir və biz 100 milyard dollarlıq hədəfimizə doğru gedirik”.

Putin də, öz növbəsində, 2022-ci ildə ticarət dövriyyəsinin 8,6 faiz artdığını qeyd edib. Onun sözlərinə görə, 2023-cü ilin birinci rübündə “pozitiv trend” qorunub.

 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya