Cənubi Koreya prezidenti: Şimali Koreya nüvə silahından istifadə edə bilər

post-img

Pxenyan öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər.

Kyodo agentliyinin məlumatına görə, bu barədə Cənubi Koreya prezidenti Yun Sok Yeol hökumətin iclasında bildirib.

"Müharibədə məqsədinə nail olmaq üçün Şimali Koreya bütün mövcud imkanları səfərbər edəcək və nüvə silahından istifadə etməyə hazır olacaq”, - deyə prezident bildirib.

Yun Seok Yeol Cənubi Koreyada ciddi sosial çaşqınlıq və parçalanma səpmək üçün saxta xəbərlər yaymaqla və anti-dövlət təbliğat qüvvələrini səfərbər etməklə, müharibə vəziyyətində KXDR-in mümkün cəhdlərinə qarşı durmağa hazırlaşmağa çağırıb.

O, həmçinin Pxenyanın nüvə elektrik stansiyalarına, qabaqcıl sənaye obyektlərinə və telekommunikasiya şəbəkələrinə hücumlar vasitəsilə Cənubi Koreyanın milli infrastrukturunu iflic etmək niyyəti barədə xəbərdarlıq edib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya