ABŞ Ukraynaya 200 milyon dollar dəyərində yeni silah paketi təhvil verib

post-img

Birləşmiş Ştatlar Ukraynaya 200 milyon dollar məbləğində silah və hərbi texnikanın yeni tranşı ayırıb. TASS xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O, yazılı açıqlamasında 200 milyon dollarlıq paketə hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, tank əleyhinə silahlar və əlavə minatəmizləmə vasitələri daxildir.

Öz növbəsində, Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə bildirib ki, yeni silah tranşına xüsusilə "Patriot" zenit raket sistemləri üçün qurğular, HIMARS yaylım atəşi raket sistemləri üçün mərmilər və "Javelin" tank əleyhinə raket kompleksləri, 37 traktor, 155 və 105 mm çaplı artilleriya mərmiləri, 120 mm çaplı tank mərmiləri, 12 milyondan çox atıcı silah və qumbara sursatı, ehtiyat hissələri və ləvazimatları daxildir.

Bu, 2023-cü maliyyə ilində Kiyevə yardım üçün əvvəllər ayrılmış federal büdcə paketindən Pentaqonun bu yaxınlarda xərclənməmiş hesab etdiyi 6,2 milyard dollardan ilk silah ayrılmasıdır. Ümumilikdə, 2022-ci ilin fevralından bəri Birləşmiş Ştatlar Ukraynaya 43 milyard dollardan çox hərbi yardım göstərib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya