Danimarka xarici işlər naziri əlcəzairli həmkarından üzr istəyib

post-img

TASS xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə telefon danışığı zamanı Kopenhagendə müsəlman ölkələrinin, o cümlədən Əlcəzairin səfirliklərinin binaları qarşısında Quran nüsxələrinin yandırılması ilə bağlı əməllərə görə təəssüfləndiyini bildirib və üzr istəyib. 

"Danimarka diplomatiyasının rəhbəri Danimarka cəmiyyətinin qonaqpərvərlik, açıqlıq və tolerantlıq ənənələrinə zidd olan bu hərəkətləri pisləyib", - Əlcəzair Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Rasmussen, həmçinin Attafa bildirib ki, Danimarka hökuməti müqəddəs kitabın yandırılması praktikasına son qoymağa yönəlmiş qanun layihəsinə son dəyişikliklər edir.

İyulun sonunda ifrat sağçı Danimarka Patriotları qruplaşmasının nümayəndələri bir neçə müsəlman ölkəsinin səfirlikləri qarşısında Quranı yandırıblar. Bununla bağlı Danimarka Xarici İşlər Nazirliyi bəyan edib ki, müqəddəs kitabların və dini simvolların məhv edilməsi qınamağa layiq olan biabırçı bir hərəkətdir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya