Özbəkistan və ABŞ Transxəzər dəhlizi boyunca yeni əməkdaşlıq formaları axtarırlar

post-img

Özbəkistan və ABŞ Çini, Qafqaz ölkələrini və Avropanı birləşdirən Transxəzər dəhlizindən istifadədə əməkdaşlığın yeni formalarını tapmaq niyyətindədirlər. TASS xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avqustun 14-də respublikanın Nəqliyyat Nazirliyinin, Amerikanın USAID agentliyinin və ABŞ səfirliyinin nümayəndələri Daşkənddə bu məsələləri müzakirə ediblər.

“Tərəflər Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında intermodal və multimodal transsərhəd və tranzit nəqliyyat xidmətlərinin inkişaf etdirilməsi, Transxəzər dəhlizi boyunca yeni qarşılıqlı fəaliyyət formalarının yaradılması imkanlarını müzakirə ediblər”, - məlumatda deyilir. Mətbuat xidmətinin məlumatına görə, görüş zamanı onun iştirakçıları bu nəqliyyat dəhlizinin Avropa ilə Asiya arasında beynəlxalq ticarətin inkişafında mühüm rolunu vurğulayıblar.

S.ELAY,

"Xalq qəzeti"

 

Dünya