Ayda adam dəfn edilib

post-img

Məşhur amerikalı alim Yujin Şumeyker “Shoemaker-Levy 9” kometini kəşf edənlərdən biridir.

O, Aya ayaq basan ilk geo­loq olmalı idi. Təəssüf ki, səhhəti sağlığında Aya getməyə imkan vermədi. Bunun əvəzində Şu­meyker “Apollon” missiyaları çərçivəsində Nil Armstronq və digər astronavtları uçuşa hazır­layıb.

1997-ci ildə naməlum zərbə kraterlərini axtarmaq üçün Avstraliyaya gedib və orada avtomobil qəzasında ölüb. Onun elmə verdiyi töhfələrə görə, NASA Şumeykerin külünü “Lunar Pros­pector” gəmisində Aya göndərib. Bu günə qədər Yujin Şumeyker Ayda dəfn edilən yeganə insan olaraq qalır.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya