Hər il Yerə 100 milyarddan çox mikrometeorit düşür

post-img

Evlərin damında belə kosmik toz hissəcikləri var. Onlar mikrometeo­ritlər adlanır və ölçüsü, təxminən, 400 mikrondur. Hesab edilir ki, hər il Yerə 100 milyarddan çox mik­rometeorit düşür. 

Bütün hissəciklər sub­sferik formalı diyircəkli sili­katlardan (S tipli) ibarətdir. Onlar maqnezium-dəmir si­likat kristallarının atmosferə daxil olduqdan sonra ərimə prosesi zamanı əmələ gəlir.

Mikrometeorit axınının nəzəri proqnozlarla müqayisəsi təsdiqləyir ki, mikro­meteoritlərin əksəriyyəti, ehtimal ki, kometlərdən, qalanları isə asteroidlərdən əmələ gəlir. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya