“Apple”ın öz eynəkləri…

post-img

“Apple” oyun və proqram tərtibatçıları üçün yeni “visionOS” VR eynək dəstini təqdim edib. Bura, həmçinin qulaqlıqlar, cihazın quraşdırılması ilə bağlı yardım və “visionOS” üçün proqram dizaynı da daxildir.

“Apple”, eyni zamanda London, Münxen, Şanxay, Sinqapur və Tokioda “Vision Pro” tərtibatçı laboratoriyalarını tərtib edir. Şirkət tərtibatçılara proq­ramlarının “visionOS” üçün hazır oldu­ğundan əmin olmaları üçün uyğunluq yoxlama siyahısını da dərc edib. 

“Apple Vision Pro”nun başlanğıc qiyməti 3499 dollar olacaq və gələn ilin əvvəlində ABŞ-da satışa çıxarılacaq.

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya