İlon Mask “Twitter”in adını və loqosunu dəyişmək istədiyini açıqlayıb. Bu barədə o öz hesabında paylaşıb edib. “Tezliklə biz “Twitter” brendi və quş loqosu ilə vidalaşacağıq”, – deyə o qeyd edib.
Sosial media platformasının sahibi bildirib ki, yeni loqo “X” şəklində olacaq. Mask loqosu ilə “hər insanı unikal edən qüsurları təcəssüm etdirmək” istədiyini iddia edib.
Qeyd edək ki, bir müddət əvvəl şirkətin adı “X Corp” olaraq dəyişdirilib. Həmçinin “Twitter”in loqotipindəki quş fiquru aprel ayında müvəqqəti olaraq it ilə əvəz edilmişdi.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”