IDEF-2023: “Roketsan” şirkəti yeni məhsullarını təqdim edir

post-img

Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2023 sərgisində “Roketsan” şirkəti ilk dəfə “Burç” mobil hava hücumundan müdafiə (HHM) sistemini təqdim edib. 

Bundan başqa, şirkətin yeni hazırladığı daha uzun mənzilli UMTAS-GM tank əleyhinə raketi də IDEF-2023 sərgisində ilk dəfə təqdim edilib.

Döyüş moduluna bənzəyən “Burç” mobil HHM sistemi “Roketsan”ın “Sungur” raketi və 20 mm-lik avtomatik topla silahlandırılıb. Sərgidə “Burç” mobil HHM sistemi FNSS istehsalı “Pars İZCİ 8×8” zirehli nəqliyyat vasitəsi üzərinə inteqrasiya edilərək nümayiş olunub.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya