“Roketsan” şirkəti KMC-U silah sistemini ilk dəfə nümayiş etdirib

post-img

“Roketsan” şirkətinin KMC-U silah sistemi ilk dəfə IDEF-2023 sərgisində təqdim olunub.

Bu sistem “Roketsan” tərəfindən istehsal edilən “Cirit”, UMTAS və L-UMTAS tank əleyhinə idarə olunan raketləri (TƏİR) atmağa qadirdir.

Bundan başqa, FNSS şirkətinin istehsalı olan “Pars İZCİ 6×6” zirehli nəqliyyat vasitəsi üzərinə quraşdırılan KMC-U sistemi 7.62 mm-lik pulemyotla da təchiz edilib.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya