Rəşad Əzizli “Qəbələ”yə keçib

post-img

Cari mövsümün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Bu barədə klubun “Facebook” səhifəsində məlumat paylaşılıb. Bildirilir ki, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin transferini rəsmiləşdiriblər.

29 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Rəşad Əzizlinin son klubu “Şamaxı” klubu olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib. Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Futbolçu U-17 və U-19 yığmalarının şərəfini qoruyub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman