İspaniya Ukraynaya “Leopard 2A4” tankları göndərib

post-img

İspaniya hökuməti Ukraynaya “Leopard 2A4” tanklarının və zirehli transportyorların yeni partiyasını göndərib. 

İspaniya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bütün yükün avqustun əvvəlində Kiyevə çatdırılacağı gözlənilir. 

Qeyd edək ki, bir müddət öncə İspaniya Ukrayna hökumətinə eyni xüsusiyyətlərə malik 6 ədəd “Leopard 2” tankı da verib. Bildirilib ki, “Leopard 2A4”lərlə yanaşı, Kiyevə 10 zirehli transportyor, 10 yük maşını, bir neçə təcili yardım maşını və müxtəlif döyüş sursatları da göndərilib.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya