Rəcəb Tayyib Ərdoğan bu gün Mahmud Abbasla görüşəcək

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün paytaxt Ankarada Fələstin dövlət başçısı Mahmud Abbasla görüşəcək.

Məlumata əsasən, Rəcəb Tayib Ərdoğan fələstinli həmkarını Prezident İqamətgahında rəsmi mərasimlə qarşılayacaq.

Qarşılama mərasimindən sonra liderlər arasında təkbətək görüş olacaq. Məlumatda liderlərin daha sonra iki ölkənin nümayəndə heyətləri arasında baş tutacaq görüşlərə sədrlik edəcəyi bildirilib.

Görüşdə İsrail-Fələstin münaqişəsi və iki dövlətli həll prosesi çərçivəsində atılacaq addımlar müzakirə ediləcək.

Rəcəb Tayib Ərdoğan və Mahmud Abbas həmçinin Türkiyə-Fələstin münasibətlərini müzakirə edəcək və iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparacaqlar. Liderlərin aktual regional və beynəlxalq problemləri də qiymətləndirəcəyi bildirilib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya