Kiyev Moskva və Krıma dron zərbələri vurub

post-img

Rusiyanın paytaxtı yenidən pilot-suz təyyarələrin hücumuna məruz qalıb. 2 qeyri-yaşayış binasına ziyan dəyib. Moskva meri Sergey Sobyani­nin sözlərinə görə, “ciddi dağıntı və tələfat yoxdur”.

Birinci pilotsuz təyyarənin parçaları Komsomolski prospekti 17-də tapılıb. Müşahidəçilər qeyd edirlər ki, Rusiya Si­lahlı Qüvvələrinin Baş Qərargahına tabe olan Milli Müdafiəyə Nəzarət Mərkəzi hadisə yerindən 200 metr aralıdadır. Bu ünvanda Hərbi Universitet, kiber bölmə və digər “məxfi” qrumlar yerləşir. Uçuş aparatlarının hücumundan bir neçə dəqiqə sonra Andreyevski körpüsündən Müdafiə Nazirliyinin binasını lentə alan şəxs saxlanılıb.

İkinci pilotsuz təyyarə Lixaçov küçə­sindəki biznes mərkəzinin yuxarı mərtə­bələrinə düşüb. Partlayışlardan sonra tüstü və yanğın olub. Müdafiə Nazirliyi hər iki PUA-nın zərərsizləşdirildiyini bildi­rib. Rusiya Xarici İşlər Nazirliyinin sözçü­sü Mariya Zaxarova isə Moskvaya dron hücumlarını “beynəlxalq terrorizm aktı” adlandırıb. 

Xatırladaq ki, Moskvaya əvvəlki hü­cum iyulun 4-də olmuşdur.

Bundan başqa, Ukrayna Silahlı Qüv­vələri Krım yarımadasına 17 PUA ilə hü­cum edib. Bu hücum nəticəsində Cankoy rayonunda silah-sursat anbarında partla­yış olub. Dağıntılar fərdi yaşayış evlərinə ziyan vurub. Təhlükəsizlik məqsədilə də­mir yolu və Cankoy-Simferopol avtomo­bil yolunda hərəkət bir neçə saat dayan­dırılıb. Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən 5 kilometr radiusdakı kəndlərin əhalisinin müvəqqəti yaşayış mərkəzlərinə təxliyəsi barədə qərar qə­bul edilib.

Rusiya Müdafiə Nazirliyinin məluma­tında deyilir: "İyulun 24-nə keçən gecə Kiyev rejiminin 17 pilotsuz uçuş aparatı ilə Krım yarımadası ərazisindəki obyekt­lərə terror aktı törətmək cəhdinin qarşısı alınıb".

Qeyd olunub ki, 14 PUA radioelek-tron mübarizə vasitələri ilə məhv edilib. Onlardan 11-i Qara dənizə, daha üçü isə yarımadanın ərazisinə düşüb. Qalanları hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hücum zamanı xə­sarət alan olmayıb.

P. ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya