Tramp Baydeni tənqid edib

post-img

ABŞ-ın keçmiş prezidenti Do­nald Tramp hazırkı dövlət başçısı Co Baydeni Pentaqonun silah-sursatı­nın olmadığı barədə açıqlamasına görə tənqid edib. Donald Tramp “Fox News”-ə müsahibəsində deyib: “O, Çinə və digər düşmən ölkələrə bildi­rir ki, bizim sursatımız yoxdur. Bunu demək üçün nə qədər axmaq olmalı­san?”.

Onun sözlərinə görə, hərbi arsena­lın tükənməsindən daha pisi bu sahədə problemlər barədə açıq bəyanat ola bilər. Eks-prezident vurğulayıb ki, ABŞ ən təh­lükəli dövrünü yaşayır: “Bütün dünyada nüvə müharibəsi təhlükəsi artır, belə bir dövrdə ölkəni nə edəcəyini başa düş­məyən adam idarə edir, bu isə çox təh­lükəlidir”.

Bundan əvvəl, iyulun 18-də Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Av­ropadan ABŞ-ın Ukraynaya göstərdiyi yardım xərclərini ödəməyi tələb edə­cəyini bildirmişdi. O, həmçinin Bayde­ni ölkəni üçüncü dünya müharibəsinə sürükləməkdə günahlandırıb və hazırkı administrasiyanın orduda mövcud prob­lemlərə, o cümlədən könüllülərin və silah çatışmazlığına səbəb olduğunu bildirib.

Xatırladaq ki, Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı davam edən xüsusi əməliyyatı fonunda Qərb ölkələri Kiyevə hərbi və maliyyə dəstə­yini gücləndirib. Müvafiq qərar Ukrayna hərbçilərinin hücumları nəticəsində regi­onda vəziyyətin gərginləşməsi ilə əlaqə­dar qəbul edilib. Co Bayden də Ukray­naya ABŞ-nin ehtiyatında olan müəyyən sayda artilleriya mərmisi ilə kaset sursat­larının tədarükünə qərar vermişdi. Onun sözlərinə görə, bu müvəqqəti addımdır və Kiyevə kifayət qədər silah istehsal olunana qədər kömək edilməlidir. 

Artıq Ukraynada NATO-nun 155 millimetr çaplı mərmi istehsalının yara­dılması üzrə işlər aparılır. Bunu Ali Ra­danın deputatı Yeqor Çernov ümumuk­rayna telemarafonunun efirində deyib. Onun sözlərinə görə, proqrama 2022-ci ildə start verilib və o vaxtdan istehsal da müşahidə olunur.

Çernov qeyd edib ki, istehsalla təkcə Ukrayna deyil, özəl podratçılar da məş­ğul olur. Onun sözlərinə görə, ölkədə is­tehsal olunan mərmi digər dövlətlərdən alınandan 3 dəfə ucuzdur.

P. ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya