Türkiyə Prezidenti Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib

post-img

Ərdoğan Körfəz ölkələrinə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində görüşlərini başa vurduqdan sonra Şimali Kipr Türk Cümhuriyyətinə gedib.

Ərdoğan Kipr Sülh Hərəkatının ildönümündə paytaxt Lefkoşada tikintisi başa çatan Yeni Ercan Hava Limanının açılışını edəcək.

Dövlət başçısı Şimali Kipr Türk Cümhuriyyəti prezidenti Ersin Tatarla görüşəcək, 20 İyul Sülh və Azadlıq Günü mərasimlərinə də iştirak edəcək.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya