ABŞ Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketi göndərir

post-img

ABŞ Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, ABŞ Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketi göndərir.

Məlumatda qeyd olunur ki, yardım paketinə dörd NASAMS hava hücumundan müdafiə sistemi, “Phoenix Ghost” kamikadze dronları, “Switchblade” sursatları, minalardan təmizləmə və dron əleyhinə sistemlər və döyüş sursatları daxildir. 

Bu silahlar ABŞ tərəfindən sonradan Ukraynaya təhvil verilməsi üçün istehsalçılardan və ya tərəfdaşlardan alınacaq.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya