Ən qısa müddətdə çəkilən film

post-img

Rejissor Kristofer Nolan “Oppenheimer” filmini rekord müddətdə lentə alıb. 

Bu barədə “Oppenheimer” filmin­də çəkilən aktyor Killian Mörfi deyib. Onun sözlərinə görə, K.Nolanın filmi inanılmaz dərəcədə sıx qrafiklə çəkilib: “Ekran əsərini inanılmaz sürətlə çəkdik. Bunu 57 gündə bacardıq. Müqayisə üçün qeyd edək ki, Kristofer Nolanın İkinci Dünya müharibəsindən bəhs edən “Dunkirk” filmi 68 günə, digər ca­sus trilleri olan “Tenet” isə 96 günə çə­kilib”. 

“Oppenheimer” filminin əksər səh­nələrində Killian Mörfi diqqət mərkəzin­dədir, bu da o deməkdir ki, sıx çəkiliş cədvəli aktyor üçün daha gərgin keçib. 

“Çəkiliş prosesi gərgin keçsə də, bu əziyyətə dəyərdi. Çünki 20 ildən artıq müddətdə əməkdaşlıq etdiyim sənətini sevən rejissorla davamlı işləmək hər bir çətinliyi üstələyir”, - deyə aktyor qeyd edib. 

 

S.RZAYEVA, “Xalq qəzeti”

Dünya