ABŞ-dan Ukraynaya növbəti humanitar yardım

post-img

“RBC-Ukrayna” xəbər portalı yazdığına görə, ABŞ Ukraynaya növbəti dəfə humanitar yardım ayırıb.

Humanitar yardımın maddi dəyərinin 500 milyon dollardan çox olduğu qeyd edilib. 

USAID-in administratoru Samanta Pauer bildirib ki, ukraynalıların təcili ehtiyaclarını ödəmək üçün əlavə humanitar yardım ayrılması zəruri idi və ABŞ bunu etdi.

 

Rizvan FIKRƏTOĞLU,

“Xalq qəzeti”

Dünya