“Təyyarə rejimi” funksiyası yenilənir

post-img

“Təyyarə rejimi” telefonlarda tez-tez istifadə olunan funksiyadır. Bu rejimi aktivləşdirdikdə digər əməliyyatlardan imtina edilir. “Google” isə bunu aradan qaldıraraq “təyyarə rejimi”nə yeni əlavələr edib. Yeni funksiya “Bağlantılı təyyarə rejimi” adlanır.

Məlumata görə, funksiya cihazdakı sensorlardan istifadə edəcək. Əgər sürət dəyişikliyi, təzyiqin azalması, müxtəlif növ səslər (uçuş mühərrikinin səsi, hündürlük səsi, mayak siqnalları, müxtəlif radio siq­nalları və s.) qeydə alınarsa, “Bağlantılı təyyarə rejimi” avtomatik işə düşəcək. 

Hazırda telefonlarda “Təyyarə rejimi”ni istifadə etdikdə bütün bağlantılar söndürülür. Ancaq bu yeni rejimdə “Wi-Fi” və “Bluetooth” aktiv olacaq. 

Qeyd edək ki, funksiya həm android, həm də iOS modellər üçün nəzərdə tu­tulub. Lakin nə vaxt istifadəyə veriləcəyi barədə məlumat yoxdur.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya