Tarixdə qalan peşələr

post-img

Yuxudan oyadanlar: Bir zamanlar zəngli saatlar mövcud deyildi. Vaxtın­da oyanmaq istəyənlər xüsusi adamlara ödəniş edirdilər ki, səhərlər onları tez oyatsın. Onlar da aldıqları pulun müqabi­lində tezdən gələr, qapı-pəncərəni döyər və ya uca səslə səslənərdilər. 

Buzçular: Soyuducunun hələ kəşf olunmadığı dövrdə sərinləmək və məh­sulların xarab olmaması üçün buz lazım olurdu. Bunun üçün buzçular fəaliyyət göstərirdi. Onlar sifariş olunan ünvana buz çatdırardılar. Lakin bu heç də hər kəs üçün əlçatan olmurdu.

Telefon operatorları: Əvvəllər istədi­yimiz yerə zəng etmək, kiminləsə telefon əlaqəsi qurmaq üçün əlaqələndirici şəxs yox idi. Bunu yalnız telefon operatorları sayəsində etmək mümkün idi. Bu peşə zamanında xanımlar üçün ən hörmətli iş hesab olunur, onları nəvazişlə “telefonçu qız” adlandırırdılar. 

Oxucular: Fabrik və zavodlarda fəh­lələrin daha yaxşı işləməsi, hadisələrdən məlumatlı olmaları üçün xüsusi işçilər ayrılırdı. Həmin işçilər işləyənlərin ətraf­da baş verən olaylardan xəbər tutmaları üçün onlara hər gün qəzet, jurnal və ya kitab oxuyardılar.

F. SALMANOVA, “Xalq qəzeti”

Sosial həyat