Eyfel qülləsi yayda böyüyür...

post-img

Eyfel qülləsi Parisin rəmzidir. Nəhəng struktur temperatur nəzərə alınmaqla qurulmuşdur, bunun sayəsində polad heç bir zərər vermədən genişlənə və qısala bilir.

Polad isti havada genişlənməyə başlayır və daha çox həcm alır. Beləliklə, Eyfel qülləsi yayda 15 san­timetr böyüyür. Buna istilik genişlən­məsi deyilir. Əksinə, temperaturun aşağı düşməsi həcmin azalmasına səbəb olur. Bu səbəbdən körpü kimi böyük strukturlar, dəmir konstruksi­yalar isti-soyuq zamanı zədələnmə­dən ölçülərini dəyişə bilir.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya