Uşaqların sümüyü niyə çoxdur?

post-img

Yeni doğulmuş uşaqlarda, adətən, 270-ə yaxın sümük olur, əksəriyyəti də çox kiçikdir. Bu, skeleti daha çevik edir və körpənin doğum kanalından maneəsiz keçməsinə və sürətlə böyüməsinə kömək edir. 

Yaşlandıqca bu sümüklərin çoxu birləşir. Yetkin bir insanın skeleti, orta hesabla, 200 sümükdən ibarət­dir. Bu da onu göstərir ki, uşaqlar­da yaşlılardan, təqribən, 70 sümük çoxdur.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Sosial həyat