RİA Novosti: Taxıl müqaviləsi Putin və Ərdoğan arasında mümkün danışıqlardan sonra uzadıla bilər
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında gözlənilən danışıqlar iyulun 17-dən sonra taxıl müqaviləsinin uzadılması üçün yeganə ümid olaraq qalır. Bu barədə RİA Novosti danışıqlardan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Qara dəniz təşəbbüsünün uzadılmasının mümkünlüyündən danışan agentliyin mənbəsi bu məsələdə nikbinliyin olmadığını bildirib.
Eyni zamanda, o vurğulayıb ki, Türkiyə və Rusiya prezidentləri arasında mümkün danışıqlar bu gün “yeganə ümid” olaraq qalır.
“Bizim təcrübəmiz göstərir ki, iki lider arasındakı danışıqlar vəziyyəti dəyişdirməyə qadirdir, indiki çətin dövr də istisna deyil”, - deyə o bildirib və əlavə edib ki, Ərdoğan artıq Putinlə bu mövzuda danışıqlar aparmaq arzusunu bildirib.
Agentlik mənbəsi də onların "müsbət nəticəsinə" ümid etdiyini bildirib.
İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra əmin etdi ki, Ankara taxıl müqaviləsini uzatmaq istəyir.
Bundan əvvəl cənab Zelenski taxıl müqaviləsi üçün yeni yol yaratmağı təklif etmişdi.
S.ELAY,
"Xalq qəzeti"