Antalyaya turist axını 27 faiz artıb

post-img

Bu il hava yolu ilə Antalyaya gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 6 milyon 14 min 412 nəfərə çatıb.

Bu barədə Türkiyənin Antalya valisi Ersin Yazıcı sosial media hesabında turizm şəhəri Antalyanın müxtəlif ölkələrdən gələn qonaqları qəbul etdiyini paylaşıb.

O yazıb ki, şəhər Aralıq dənizi hövzəsinin sevimli turizm mərkəzidir: “Ölkəmizin göz bəbəyi, turizmin paytaxtı Antalyaya gələn turistlərin sayı 6 iyul tarixinədək keçən ilə müqayisədə 27 faiz artaraq 6 milyon 14 min 412-yə çatıb”.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya