Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak edəcək. Eyni zamanda, bunun hansı formatda - şəxsən və ya videobağlantı vasitəsilə baş tutacağı hələ məlum deyil.
Bu barədə RBC-Ukrayna NATO-nun baş katibi Yens Stoltenberqin mətbuat konfransına istinadən məlumat verib.
“Prezident Zelenski Ukrayna üzrə NATO Şurasının yaradılması iclasında bizə qoşulacaq. Bu, hamımızın bərabər şəkildə dayanacağımız və təhlükəsizlik məsələlərində anlaşmaya nail olacağımız böhranlı məsləhətləşmələr və qərarların qəbulu platforması olacaq”.
Bundan əlavə, Stoltenberq qeyd edib ki, sammitdə müttəfiqlər Alyansın iki əsas probleminə - Rusiya və terrora qarşı mübarizə aparmaq üçün üç yeni müdafiə planı istiqamətində böyük addımlar atacaqlar.
S.ELAY,
"Xalq qəzeti"