Ukrayna Trans–Sakit Okean Tərəfdaşlığına qoşulmaq üçün müraciət edib

post-img

Ukrayna “Trans–Sakit Okean Tərəfdaşlığı“na qoşulmaq üçün rəsmi şəkildə müraciət edib. Bu barədə “İzvestiya.ru” məlumat verib.

Məlumatda bildirilir ki, bu məsələ iyulun ortalarında iştirakçı ölkələrin nazirlərinin görüşündə müzakirə olunacaq.

Qeyd edək ki, Trans-Sakit Okean Tərəfdaşlığı üzrə ilkin razılaşma yeddi illik danışıqlardan sonra 2016-cı il fevralın 6-da Yeni Zelandiyada bağlanıb. Hazırda ticarət sazişinə 11 ölkə – Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Malayziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru daxildir. Əvvəl alyansa üzv olmuş ABŞ sabiq prezident Donald Trampın dövründə təşkilatdan çıxdığını elan edib.

"Xalq qəzeti”

Dünya