Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşada keçirilmiş III Avropa Oyunlarında uğurla çıxış etmiş türk idmançıları təbrik edib. Məlumatı “Anadolu” verib.
Türkiyə lideri bununla bağlı sosial şəbəkələrdə paylaşım edib: “Ölkəmizi III Avropa Oyunlarında uğurla təmsil etmiş idmançıları ürəkdən təbrik edirəm. Yüksək nəticələr sayəsində Türkiyə rekord sayda medaldan qürur yaşayıb”.
III Avropa Oyunlarında türkiyəli idmançılar (103 qadın və 90 kişi) ölkəyə ümumilikdə 38 medal (9 qızıl, 9 gümüş və 20 bürünc) gətiriblər.
Türkiyə yarışlarda iştirak etmiş 48 ölkə arasında komanda hesabında doqquzuncu yeri tutub.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”