İsrail F-35 qırıcısı üçün 3 milyard dollarlıq müqavilə imzalayıb

post-img

“Reuters” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İsrail 3 milyard dollarlıq müqavilə ilə F-35 qırıcılarından ibarət üçüncü eskadronun alınmasını təsdiqləyib.

"Lockheed Martin" tərəfindən istehsal edilən əlavə 25 təyyarənin İsrail Hərbi Hava Qüvvələrindəki F-35-lərin sayını 75-ə çatdıracağını bildirən nazirlik, razılaşmanın İsrailin ABŞ-dan aldığı müdafiə yardım paketi ilə maliyyələşdiriləcəyini söyləyib.

İsrail ABŞ-dan kənarda F-35 alan ilk ölkə olub. 2018-ci ilin may ayında İsrail Hərbi Hava Qüvvələrinin Baş Komandanı İsrailin döyüşdə təyyarədən ilk istifadə etdiyini iddia edib.

F-35, həmçinin zərbə qırıcısı kimi tanınır və İsraildə ibranicə "Adir" (Qüdrətli) adı ilə tanınır.

İsrail Müdafiə Nazirliyi əlavə edib ki, "Lockheed Martin" və mühərrik istehsalçısı "Pratt & Whitney" İsrailin müdafiə şirkətlərini təyyarə komponentlərinin istehsalına cəlb etmək barədə razılığa gəliblər.

"Xalq qəzeti"

Dünya