Putin ŞƏT sammitində iştirak edəcək

post-img

Rusiya prezidenti Vladimir Putin gələn həftə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində videobağlantı vasitəsilə iştirak edəcək. Gazeta.ru xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubin öz Telegram kanalında məlumat verib.

Dövlət başçısı RANEPA Ali Dövlət İdarəçilik Məktəbinin məzunları ilə də görüşməyi planlaşdırır. Bundan əlavə, Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirməyə hazırlaşır.

"Xalq qəzeti"

Dünya