Ukrayna Rusiya qoşunlarının birinci müdafiə xəttinə yaxınlaşıb

post-img

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Orexovski istiqamətində fəal şəkildə irəliləyir və artıq Rusiya qoşunlarının birinci müdafiə xəttinə yaxınlaşıb. Bunu vilayət administrasiyasının "rəhbəri" Vladimir Roqov bildirib. 

“Zaporojye Cəbhəsinin Orexovski istiqamətində çox qaynardır! Düşmən artilleriyası aktivdir. Onun köməyi və tankların dəstəyi ilə düşmən yenidən Rabotino bölgəsində hücum əməliyyatlarına başlayıb. Düşmən bizim ilk müdafiə xəttimizə çatıb”.

Mənbə: RBK

Dünya