DİN vətəndaşlara təşəkkür etdi

post-img

“Bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq, vətəndaşlarımız və media nümayəndələri tərəfindən  onların bu çağırışı dəstəklənmədi”.

Bu barədə DİN-in Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Açıqlamada qeyd olunur: “Odur ki, bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyib anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.

"Xalq qəzeti"

Son xəbərlər