ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Kiyevə gizli səfəri zamanı Ukraynanın Krım yaxınlığında artilleriya və raketlər yerləşdirmək, habelə Moskva ilə danışıqlara başlamaq planları barədə məlumat verilib. Bu barədə "Washington Post" yazır.
Qəzetin məlumatına görə, səfər iyun ayında baş tutub.
“Kiyevdəki hərbi strateqlər Berns və digərlərinə payıza qədər geniş əraziləri geri almaq, Krım sərhədi yaxınlığında artilleriya və raket sistemləri yerləşdirmək, daha da şərqə doğru hərəkət etmək, sonra isə Moskva ilə danışıqlara başlamaq məqsədinə qəti əminlik ifadə ediblər”, - "Washington Post" bildirib.