Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları Rumıniyanı tərk edəcəklər

post-img

Buxarestdə yerləşən Rusiya səfirliyinin 40 əməkdaşı və onların ailələri iyulun 1-də Rumıniyanı tərk edəcək.

TASS Rumıniya Xarici İşlər Nazirliyinə istinadən yazır ki, buna səbəb Rumıniya hakimiyyətinin diplomatik missiyanın işçilərinin ixtisarına dair tələbləridir.

Uçuş yerli vaxtla saat 13:00-a planlaşdırılıb. Ümumilikdə Rumıniyanı 80 nəfər tərk edəcək.

"Xalq qəzeti"

Dünya