Co Bayden Kennedi ilə bağlı gizli sənədlərin açıqlanmasını təxirə salmağa razılıq verib

post-img

ABŞ prezidenti Co Bayden 1963-cü ildə Amerikanın o zamankı lideri Con Kennedinin qətli ilə bağlı materialları ehtiva edən arxivlərin nəşrini təxirə salmağa razılaşıb. Bu barədə iyulun 1-də RİA Novosti məlumat verib.

Ağ Evin mətbuat xidmətinin yaydığı memorandumda vurğulanıb ki, hələ may ayında milli arxivlərin nümayəndələri Co Baydendən bu sənədlərin dərcini təxirə salmağı xahiş etmişdilər və prezident bu tələblə razılaşıb. 

Co Bayden “kəşfiyyat, hüquq-mühafizə və hərbi əməliyyatları qorumaq və beynəlxalq əlaqələri həyata keçirmək zərurəti səbəbi ilə” Kennedinin qətli ilə bağlı sənədlərin və açıqlamaların dərc olunmamasına razılıq verib.

"Xalq qəzeti"

Dünya