Fransada yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı azı 77 nəfər saxlanılıb.
Bu barədə “Le Figaro” qəzeti xəbər verir.
Qəzet yazır ki, qəzəblənmiş kütlə bir çox binalara soxulmağa çalışıblar. İbtidai məktəbin yandırıldığı bildirilir.
Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 28-nə keçən gecə Nanterdə 17 yaşlı əlcəzairəsilli sürücü asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina edərək qaza basıb, bu zaman polis onu vuraraq yerindəcə öldürüb.
Qətli törədən polis əməkdaşı həbs olunub. Hadisədən sonra Parisətrafı qəsəbələrdə iğtişaşlar dalğası baş verib, 24 polis əməkdaşı yaralanıb.
"Xalq qəzeti"