Bu gün Yunanıstanda növbəti parlament seçkiləri ilə bağlı səsvermə keçirilir. Ölkə üzrə 21 634 seçki məntəqəsi açılıb. Xarici ölkələrdə isə dünən 102 seçki məntəqəsində səsvermə baş tutub. Məlumatı “İzvestiya.ru” verib.
Məlumata görə, seçkidə 32 partiya və koalisiya iştirak edir. Seçicilər birmandatlı parlamentə 4 il müddətinə 300 deputat seçəcəklər. Səsvermə axşam saat yeddiyə qədər davam edəcək. “Exit-poll”arın nəticələri məntəqələr bağlandıqdan sonra, səsvermənin ilkin rəsmi nəticələri isə axşam saat doqquz radələrində elan olunacaq.
Seçki siyahısında 9,92 milyon seçici qeydə alınıb. 17 yaşı tamam olmuş vətəndaşların səsvermə hüququ var.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”