Türkiyə PKK başçılarından birini zərəsizləşdirib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalındakı Qamışlı rayonunda PKK terror təşkilatının İnterpol vasitəsilə axtarılan başçılarından biri Əbdürrəhman Çadırçını zərərsizləşdirib. Məlumatı “Anadolu” verib. 

Ankaradakı təhlükəsizlik orqanlarının məlumatına görə, “Əsəd Faraşin” ləqəbli Çadırçının Avropa ölkələrindəki hərəkətləri Türkiyənin xüsusi xidmət orqanları tərəfindən diqqətlə izlənilib. “Əsəd Faraşin” Avropada yerini tez-tez dəyişirmiş. 

Son vaxtlar MİT terrorçunun Qamışlıda olduğu barədə məlumatlar alıb. Onun məhv edilməsi ilə bağlı əməliyyat hazırlanaraq həyata keçirilib. 

Çadırçı PKK yaradılandan bəri onun sıralarına daxil olub, əsasən Avropada yerləşib. 2000-ci ildən İraqın Qəndil rayonuna gəlib. 2001-ci ildən Türkiyə onu beynəlxalq axtarışa verib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya