Bayden Putinin nüvə silahından istifadə edə biləcəyindən ehtiyatlanır

post-img

ABŞ Prezidenti Co Bayden Rusiyanın taktiki nüvə silahından istifadə təhlükəsini “real” adlandırıb. 

ABŞ Prezidenti Kaliforniyada çıxışı zamanı deyib: “Təxminən 2 il əvvəl bu­rada olarkən və Kolorado çayının quru­masından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxırdı. Putinin taktiki nüvə silahından istifadə edə bilə­cəyindən narahat olduğumu deyəndə də mənə o cür baxırlar. Bu, realdır”. Daha əvvəl Ağ ev rəhbəri Rusiyanın Belarus­da bu cür silahlar yerləşdirməsini pislə­yib və Putinin bəyanatını tamamilə mə­suliyyətsizlik adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladlmir Putin Rusiya Fede­rasiyasının nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinə başlandı­ğını elan etmişdi: “Bunda qeyri-adi heç nə yoxdur. ABŞ onilliklərdir ki, bunu edir. Onlar uzun müddətdir ki, öz taktiki nüvə silahlarını Avropadakı müttəfiq ölkələri­nin, NATO ölkələrinin ərazilərində yer­ləşdirirlər. 6 dövlətdə Almaniya Fede­rativ Respublikası, Türkiyə, Hollandiya, Belçika, İtaliya və Yunanıstanda nüvə silahı yerləşdirilib. Bəli indi Yunanıstan­da yoxdur, amma anbar var. Belarusla razılaşdıq ki, biz də eyni şeyi edəcəyik. Biz bunu nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozma­dan edəcəyik”.

“Xalq qəzeti”

Dünya